Millimizin uduzan üzvü canlı efirdə mahnı oxudu – VİDEO

3 May 2020 19:40 Boks 785
Millimizin uduzan üzvü canlı efirdə mahnı oxudu – VİDEO

2019-cu ildə Minskdə keçirilən ikinci Avropa Oyunlarının qalibi, Azərbaycanın boks yığmasının kubalı üzvü Alfonso Dominges kiberfutbol turnirinin dörddə bir finalında uduzub.

Sportinfo.az xəbər verir ki, qalibin xahişilə Dominges populyar “Despasito” mahnısını oxuyub.

İTV telekanalının təşkil etdiyi PES2020 platformasında Evdə qol kiberfutbol turnirinin dörddə bir finalında Dominges sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyevlə yarışıb. Hər iki oyunda Hacı 2:0 və 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Hacı Əliyev portuqaliyalı futbolçu Kriştianu Ronaldunun pərəstişkarı olduğundan kumirinin oynadığı “Yuventus” komandasını seçib. Dominges də Ronaldunun fanatı olmasına rəğmən, kiberfutbol oyununda Madridin “Atletiko” klubunu seçməli olub.

Uduzmağı Domingesin kefini pozmayıb və onu dəstəkləməyə gələn millimizdəki həmvətəni, 2016-cı il Olimpiadasının vitse-çempionu Lorenso Sotomayor ilə birlikdə məşhur “Despasito” mahnısını ifa edib.

Beləliklə, Evdə qol turnirində yarımfinal cütlükləri bəlli olub. Taekvondoçu Ayxan Tağızadə MMA döyüşçüsü Tofiq Musayev, güləşçi Hacı Əliyev isə Hidayət Heydərovla yarışacaqlar.

Azərbaycanın futbol üzrə milli komandasının üzvləri Cavid Hüseynov və Ramil Şeydayev isə, maraqlıdır ki, kiberfutbol turnirində uğur qazana bilməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti