Erməni məşqçi həmkarını koronavirusa yoluxdurdu: FOTO

3 Aprel 2020 00:00 Boks 659
Erməni məşqçi həmkarını koronavirusa yoluxdurdu: FOTO

Boks üzrə Rusiya millisinin məşqçisi Anton Kaduşində koronavirus simptomları aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli federasiyanın baş katibi Umar Kremlyov açıqlamasında bildirib.

Onun sözlərinə görə, virus Kaduşinə Böyük Britaniyanın paytaxtı Londondakı Avropa Olimpiya Təsnifat Turnirindən qayıdarkən boks üzrə Ermənistan yığmasının məşqçisindən keçib.

Federasiya rəsmisi məşqçinin artıq özünü təcrid etdiyini və xəstəliyi yüngül formada keçirdiyini bildirib. Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti