Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

30 Mart 2020 11:34 Boks 858
Ermənistan millisinin üzvü koronavirusa yoluxdu

Sportinfo.az xəbər verir ki, boks üzrə Ermənistan yığmasının üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə yerli federasiyanın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, hələlik adı açıqlanmayan boksçu virusa Böyük Britaniyanın paytaxtı Londonda Avropa Olimpiya Təsnifat Turniri zamanı yoluxub.

Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti