RAZILAŞDI: “Məşq etmək bizim üçün də çox çətin idi”

27 Mart 2020 12:02 Boks 805
RAZILAŞDI: “Məşq etmək bizim üçün də çox çətin idi”

“Beynəlxalq Olimpiya Komitəsi ən düzgün addımı atdı, hər şeydən önəmli insan sağlamlığıdır, o cümlədən idmançıların da”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər boks üzrə Azərbaycan milli komandasının üzvü Tayfur Əliyevə məxsusdur.

İdmançımız Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus pandemiyası üzündən təxirə salınmasına münasibət bildirib. Tayfur Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bu addımı dəstəkləyib:

“Virusla mübarizə apardığımız gərgin günlərdə insan izdihamından uzaq duraraq proqrama riayət etmək və məşq etmək bizim üçün də çox çətin idi. Buna görə əslində hər şey yoluna düşənə qədər hərtərəfli yaxşı məşq etməyimiz üçün əlavə zaman qazandıq”.

Əliyev Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Olimpiadaya lisenziya qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti