"Təcili evə qayıdın!" - Millimizin üzvlərinə dedilər

17 Mart 2020 00:28 Boks 687
"Təcili evə qayıdın!" - Millimizin üzvlərinə dedilər

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turniri dayandırılıb.

Sportinfo.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən yarış may ayınadək təxirə salınıb.

Hazırda davam edən axşam sessiyasından sonra turnir rəsmən bağlı elan olunacaq.

"İşçi qrup artan məhdudiyyətlər və karantin tədbirləri fonunda tədbiri dayandırmağı və 60-dan çox ölkənin iştirakçılarına planlarını korrektə edərək evlərinə dönmələrini təmin etməyi qərara aldı.

Olimpiadaya lisenziyaların may və iyun aylarında bölüşdürülməsini yekunlaşdırmaq üçün gündəlik vəziyyət qiymətləndirilməklə davam edəcək. Prioritet məsələ idmançıların oyunlara idman prinsipləri əsasında lisenziya qazanmalarıdır" deyə komitənin açıqlamasında bildirilir.

Mayın 14-də start götürmüş yarış martın 24-də yekunlaşmalı idi. Daha əvvəl turnirin azarkeşsiz keçirilməsi qərara alınmışdı.

Avropa Təsnifat Turnirində Azərbaycan boksçuları da mübarizə aparırdı. Onlardan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Kamran Şahsuvarlı (75 kq) qələbə ilə başladıqları halda, Rauf Rəhimov (91 kq) və Anaxanım Ağayeva (51 kq) ilə görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar.

Digər Xəbərlər
Xəbər Lenti