Azərbaycan yığmasının Londonda rəqibləri bəlli oldu

15 Mart 2020 10:00 Boks 642
Azərbaycan yığmasının Londonda rəqibləri bəlli oldu

Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq.

“Copper Box Arena”da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.

Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək. Martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.

Kişilər
14 mart
1/32 final
75 kq

Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)

1/16 final
57 kq

Tayfur Əliyev – Bişara Sabbar (İsrail)

15 mart
1/16 final
63 kq

Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)

91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)

16 mart
1/16 final
69 kq

Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)

1/8 final
52 kq

Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)

17 mart
1/8 final
81 kq

Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)

18 mart
1/8 final
+91 kq

Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)

Qadınlar
1/16 final
14 mart
51 kq

Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)

17 mart
1/8 final
57 kq

Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)

75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa).

Digər Xəbərlər
Xəbər Lenti