Ölkədən çıxışına qadağa qoyuldu: “İki min manatı tapa bilmədik”

15 Mart 2020 21:20 Boks 1 149
Ölkədən çıxışına qadağa qoyuldu: “İki min manatı tapa bilmədik”

“Tələbəm Məryəm Cəbrayılovanın Avropa Olimpiya Təsnifat Turniri üçün Londona gedə bilməməsi xəbəri doğrudur. Onun ölkədən çıxışına “stop” qoyulub”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a boks üzrə qadınlardan ibarət millimizin üzvü Məryəm Cəbrayılovanın şəxsi məşqçisi İlham Əlimzanov deyib.

O bildirib ki, ölkədən çıxışına qadağa qoyulması haqda rəsmi sənədi yenicə aldıqlarından, tələb olunan pulu ödəyə bilməyiblər:

“Nəsimi Rayon Məhkəməsi onun barəsində ölkədən çıxmamaq haqqında qərar çıxarıb. Çünki xuliqanlıq maddəsi ilə açılan iş üzrə ona 2 min manat cərimə təyin olunub. Həmin pulu ödəmədiyindən, ölkədən çıxışına qadağa qoyulub.

Biz də bir gün qalmış pul tapa bilmədik. Federasiya da bu vəsaiti vermək imkanında olmadığından, Məryəm həmin yarışa gedə bilmədi.

İndi o, mayda Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri vasitəsilə Olimpiadaya lisenziya qazanmağa çalışacaq”.

Məryəm Cəbrayılova ötən ilin may ayının 5-də Günay Zeynalova adlı xanımı döydüyü üçün barəsində xuliqanlıq maddəsi üzrə cinayət işi açılmışdı. Səbail Rayon Məhkəməsi ittihamı əsaslı bilərək boksçunu cərimələmişdi.

Digər Xəbərlər
Xəbər Lenti