Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirləri İsmayıllıda

10 Noyabr 2023 08:30 Boks 847
Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirləri İsmayıllıda

İsmayıllının Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin 7-ci iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirin açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb. Çıxışlar zamanı nazirlər Azərbaycanı 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə təbrik ediblər.

Onlar ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək, bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.

Nazirlərin görüşündən bir gün öncə isə Türk Dövlətləri Təşkilatının Gənclər və İdman İşçi Qrupunun VII iclası keçirilib.

İclasın əsas məqsədi gənclər və idman sahəsində yeni təşəbbüslərin növbəti mərhələlərini müzakirə etmək olub. Türk Dövlətləri Təşkilatının Gənclik Gündəliyinin əsas hədəfləri və iclasın gündəliyi müzakirə olunub.

İclas iştirakçıları Şamaxıda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinin final görüşlərini izləyib, qaliblərin mükafatlandırma mərasimində iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"