Azərbaycan millisində yeni məşqçi təyinatı oldu

24 Fevral 2020 18:06 Boks 952
Azərbaycan millisində yeni məşqçi təyinatı oldu

Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı Elvin Məmişzadəyə yığmanın böyük məşqçisi vəzifəsi həvalə edilib.

Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandanın düşərgəsinə qoşulub.

Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib.

Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM