Rusiyadan gəldi, millimizin şərəfini qorumağa iddialıdır - FOTO

14 Fevral 2020 18:44 Boks 1 128
Rusiyadan gəldi, millimizin şərəfini qorumağa iddialıdır - FOTO

Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 48 komandanın qatıldığı yarışda 147 “əlcək sahibi“mükafatlar uğrunda mübarizə aparıb.

6 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub. Boks Mərkəzində təşkil edilən yarışda ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci pillədə Daxili İşlər Nazirliyinin İdman Klubu qərarlaşdığı halda, “üçlüy”ü “Neftçi” İK qapayıb.

Yarışın qalibi adını qazanan Murad Allahverdiyev (81 kq) birinciliyin ən texnikalı boksçusu seçilib. Həmçinin Fikrət Hacıyev ən yaxşı hakim nominasiyasında fərqlənib.

“Zenit“ İdman Klubunun finala vəsiqə qazanan yeganə təmsilçisi Elbrus Adıgözəlov olub. O, 52 kq çəki dərəcəsində qızıl medalı “Abşeron“lu Ruslan Qədirova uduzub.

Elbrusun məşqçisi Cavidan Qorçuyev Sportinfo.az-a açıqlamasında onun kifayət qədər istedadlı boksçu olduğunu bildirib:

Rusiyadan gəldi, millimizin şərəfini qorumağa iddialıdır - FOTO

“Elbrus finaladək 4 ağır döyüş keçirdi. Xüsusən də yarımfinal qarşılaşması çox gərgin alındı. Odur ki, yorğunluq həlledici görüşdə də qələbə qazanmasına mane oldu.

İndi növbəti yarışlara hazırlaşmaq lazımdır. Mən tələbəmə başa salmışam ki, qətiyyən ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır.

Ondakı böyük potensialı görürəm. Öz üzərində bu cür işləməyə davam eləsə, gələcəkdə sözünü hələ çox deyəcək.

Elbrus Rusiyada dünyaya gəlib, boks məktəbini orada keçib. Valideynləri hələ də Rusiyada yaşayır. “Zenit“ə gələndən sonra ondakı inkişafı hamı görür.

Mən inanıram ki, o, tezliklə milliyə cəlb olunacaq. Avropa çempionatı üçün toplanacaq yığmanın sınaq görüşlərinə dəvət edilsə, biz də “Zenit“in məşqçiləri olaraq, bununla fəxr duyacağıq“.

Digər Xəbərlər
Xəbər Lenti