"Artıq bu problemi aradan qaldırmışıq" - AÇIQLAMA

11 Fevral 2020 09:00 Boks 657
"Artıq bu problemi aradan qaldırmışıq" - AÇIQLAMA

"Boks üzrə yığmamız Tailanddan sonra Bakıdakı təlim-məşq toplanışını da yüksək səviyyədə başa vurub. Komandamız gündə iki dəfə məşq etməklə fiziki, taktiki və texniki hazırlıqlar keçib.

Hər gün səhər məşqlərində qaçır, xüsusi fiziki hərəkətlərə diqqət yetirirdik. Axşam hazırlığında taktiki və texniki məşqlərə diqqət ayırırdıq.

Türkiyənin Kastamonu şəhərində təlim-məşqlər lisenziya xarakterli beynəlxalq turnirlərə hazırlığın sonuncu mərhələsidir".

Sportinfo.az Azərbaycan Boks Federasiyasının saytına istinadla xəbər verir ki, bunu milli komandanın böyük məşqçisi Nəriman Abdullayev bildirib.

Təlim-məşq toplanışının səmərəliliyindən danışan məşqçi deyib: “Fevralın 10-dan martın 1-dək davam edəcək təlim-məşqlərdə Türkiyə və Bolqarıstan milliləri ilə birgə hazırlıq keçəcəyik.

Türkiyədə, əsasən texniki və taktiki hazırlığa fikir verəcəyik. Boksçuların səhvlərini təhlil edir, ayaqla çalışmalara diqqət yetiririk. Boksçularımızın bəziləri ayaqları yorulduqdan sonra rinqdə lazımi səviyyədə işləyə bilmirdilər.

Artıq bu problemi aradan qaldırmışıq və bunun müdafiədə etibarlılığı təmin edəcəyinə inanırıq. Əminəm ki, boksçularımız Bakıya yüksək idman formasında qayıdacaqlar”.

Digər Xəbərlər
Xəbər Lenti