Əlinin nəvəsi Qroznıda döyüşmək istəyir

28 Yanvar 2020 21:19 Boks 1 302
Əlinin nəvəsi Qroznıda döyüşmək istəyir

Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Əli Çeçenistanda rinqə çıxmaq istədiyini bildirib,

Sportinfo.az xəbər verir ki, 18 yaşlı boksçu ilin sonuna qədər peşəkar rinqdə döyüşməyi planlaşdırır.

Bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Məhəmməd Əlinin qızını və onun iki oğlunu Qroznıya dəvət etmişdi. Niko Əli bununla bağlı Ramzan Kadırova təşəkkürünü bildirib:

“Dəstəyinizə görə çox sağ olun. Bu ilin sonuna qədər peşəkar boksa keçəcəyəm. Ümid edirəm ki, nə vaxtsa Çeçenistan Respublikasında rinqə çıxmaq imkanım olacaq. Bu, mənim üçün əla təcrübə olardı”.

Qroznı şəhərindəki prospektlərdən birinə Məhəmməd Əlinin adı verilib.

Digər Xəbərlər
Xəbər Lenti