Millimiz beynəlxalq turnirdə

13 Yanvar 2020 12:11 Boks 890
Millimiz beynəlxalq turnirdə

Sabah Türkiyənin İstanbul şəhərində boks üzrə Əhmət Comərt turniri start götürəcək. Sportinfo.az xəbər verir ki, 5 gün davam edəcək ənənəvi yarışa Azərbaycan millisi də qatılacaq.

Turnirə məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında 4 boksçumuz yollanıb. Mükafatlar uğrunda Maqsud Xasmetov (52 kq), Cəbrayıl Yelekov (81 kq), Osnay Benkomo (91 kq) və Sadiq Səmədov (+91 kq) mübarizə aparacaqlar.

Bu gün püşkü atılacaq yarışda 19 ölkədən 160 idmançı qüvvəsini sınayacaq. Turnirin ilk 2 günündə təsnifat görüşləri, yanvarın 16-da 1/4 final qarşılaşmaları baş tutacaq. Ertəsi gün yarımfinal döyüşləri təşkil olunacaq. Yanvarın 18-də isə qaliblərin adları müəyyənləşəcək.

Yarışda Emil Qurbanəliyev ədaləti qoruyan hakimlər sırasında yer alacaq.

Qeyd edək ki, komandamız vətənə yanvarın 19-da qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?