Millimiz Tailanda getdi

12 Yanvar 2020 16:37 Boks 591
Millimiz Tailanda getdi

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Tailanda yollanıb. Sportinfo.az xəbər verir ki, Umberto Orta Domingesin rəhbərlik etdiyi yığma təlim-məşq toplanışının növbəti mərhələsini bu ölkədə keçəcək.

Məşqçilər korpusu hazırlıq çərçivəsində Məsud Yusifzadə, Rüfət Hüseynov (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (hər ikisi 69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Alfonso Dominges (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) sınaqdan keçirəcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirlərə hazırlıq xarakteri daşıyan toplanışda bir neçə aparıcı boks ölkəsi də iştirak edəcək. Yığmamız hazırlığa gələcək ölkələrlə yoldaşlıq görüşləri də keçirməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı