Azərbaycan yığması yeni ildə ilk dəfə bir araya gəldi

6 Yanvar 2020 23:30 Boks 1 196
Azərbaycan yığması yeni ildə ilk dəfə bir araya gəldi

Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Sportinfo.az xəbər verir ki, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Toplanış yanvarda Tailandda baş tutacaq beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə keçiriləcək Əhməd Comərdin xatirəsinə həsr olunmuş turnirə hazırlıq xarakteri daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?