Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə ikinci qələbəsi - VİDEO

8 Dekabr 2019 14:16 Boks 658
Məhəmmədrəsul Məcidovun peşəkar rinqdə ikinci qələbəsi - VİDEO

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar rinqdə növbəti qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Diriyah Arena” idman kompleksində Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gələn 33 yaşlı idmançımız rəqibinə texniki nokautla qalib gəlib.

Bu, həvəskarlar arasında üçqat dünya çempionu olan Məcidovun peşəkar rinqdə ikinci görüşüdür. İdmançımız hər iki qarşılaşmada qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti