“Öncədən nəsə demək mümkün deyil” - Azərbaycan millisinin baş məşqçisi

4 Aprel 2025 03:50 Boks 1 250
“Öncədən nəsə demək mümkün deyil” - Azərbaycan millisinin baş məşqçisi

"Hidayət Heydərov və Zelim Kotsoyev yaxşı formadadır".

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.

Almaniyalı mütəxəssis Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Yaponiyada çox yaxşı təlim-məşq toplanışı keçmişik. Son hazırlıqları Bakıda görürük.

Olimpiya çempionlarımız da bu turnirə qatılacaqlar. Onların uzun müddətdən sonra ilk sınaqları olacaq. Hər ikisi yaxşı formadadır.

Yarışa bir neçə həftə var. Öncədən nəsə demək mümkün deyil.

Ciddi zədəsi olan idmançı yoxdur. Avropa və dünya çempionatında ən yaxşı nəticəni qazanmağı planlaşdırırıq".

Avropa çempionatı aprelin 23-dən 27-dək təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR