
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Özbəkistan boksçusu Lazizbek Mullajonovun dopinq-testi müsbət çıxıb.
Sportinfo.az xəbər verir ki, iyunun 11-də World Boxing təşkilatı üçün götürülmüş yoxlama nəticəsində metasteron metaboliti aşkarlanıb.
Bu analobik steroid Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələri siyahısına daxildir.
Boksçu B probunu da xahiş etmək hüququna malikdir. Bu yoxlama da müsbət nəticə versə, idmançı diskvalifikasiya olunacaq.
Lazizbek Mullajonov Paris-2024-də 92 kq çəki dərəcəsində çıxış edib. O, finalda Azərbaycan təmsilçisi Alfonso Domingesi məğlub edib.