Yığmamızın böyük məşqçisi ümid edir ki...

9 İyul 2025 03:30 Boks 487
Yığmamızın böyük məşqçisi ümid edir ki...

Azərbaycan boks millisinin Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda çıxışı qənaətbəxş olub.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında yığmanın böyük məşqçisi Nəriman Abdullayev deyib.

O, komandanın liderlərinin yarışa yollana bilməməsinə baxmayaraq, digər boksçuların yaxşı çıxış etdiklərini vurğulayıb:

“Alfonso Dominqes də daxil olmaqla, komandanın bir neçə lideri zədə səbəbindən yarışa gedə bilmədilər. Buna baxmayaraq, boksçularımızdan Sübhan Mamedov (50 kq) öz çəkisində çox yaxşı nəticə göstərdi. Baxmayaraq ki, ilk dəfə idi bu yarışda böyüklər arasında çıxış edirdi. Hətta döyüş bizim xeyrimizə də bitə bilərdi. Amma əksinə oldu, rəqib də çox tanınmış və güclü boksçu idi. Yuxarı çəkilərə gəlincə, boksçularımız iki döyüşdə qələbə qazandılar. Qazaxıstan boksçularını məğlub etmək çətin idi. Bəzi çatışmazlıqlar olmuşdu. Amma komandanın Dünya Kubokundakı çıxışı, əlbəttə, qənaətbəxşdir”.

N.Abdullayev qarşıdan gələn dünya çempionatına tam heyətlə yollanacaqlarına ümid edir:

“Dünya çempionatına hazırlaşcağıq. Ümid edirəm ki, yarışa tam heyətlə yollana biləcəyik”.

Azərbaycan boksçuları Sübhan Mamedov (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və Məhəmməd Abdullayev (+90 kq) Qazaxıstanda keçirilən Dünya Kubokunda bürünc medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR