"Bakı" yarımfinala çıxdı

24 May 2025 03:40 Boks 689
"Bakı" yarımfinala çıxdı

Rusiyada boks üzrə “Qələbə Kuboku”na start götürüb.

Sportinfo.az xəbər verir ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən “Qələbə Kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xoşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR