Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi!

17 May 2025 20:20 Boks 1 004
Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi!

İtaliyanın Peruca şəhərində keçirilən Kung Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançıları uğurla çıxış edir.

Sportinfo.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Kung Fu Federasiyasının prezidenti Nurlan Aslanova çıxış imkanı verilib.

Nurlan Aslanov çıxış edərək, ölkəmizin idman uğurlarından, xüsusilə də cənab Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı və dəstəkdən bəhs edib.

Bu diqqət və dəstək sayəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurla çıxış edir və bayrağımızı ucaldir.

Yarışa dəstək məqsədilə Arzu Əliyeva, vitse-prezident və Əminə Əliyevanin șəxsi məşqçisi Babək Əliyev də iştirak ediblər. 11 yaşlı idmançımız Əminə Əliyeva finala vəsiqə qazanaraq ölkəmizi layiqincə təmsil edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR