Azərbaycanlı Zidan Dünya Kubokunun “Adriatik incisi”ni qazandı

11 Mart 2025 03:40 Boks 776
Azərbaycanlı Zidan Dünya Kubokunun “Adriatik incisi”ni qazandı

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

Sportinfo.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.

Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı