COP29

“Sən vərdiş etdiyini edəcəksən, tarix yazacaqsan”

17 May 10:20 Boks 431
“Sən vərdiş etdiyini edəcəksən, tarix yazacaqsan”

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç Ukrayna təmsilçisi Oleksandr Usık ilə döyüşdən əvvəl britaniyalı boksçu Tayson Fyuriyə müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə isveçli keçmiş futbolçu sosial şəbəkə hesabında paylaşım edib:

“Ümid edirəm ki, gözəl təlim-məşq toplanışı keçirdin. Möhtəşəm görünürsən.

Mübarizədən həzz al. Əminəm ki, sən vərdiş etdiyini edəcəksən.

Sən tarix yazacaqsan. Arzu edirəm ki, özün olasan. Çıx və bizi sevindir.

Əylən və həmişə olduğu kimi, mütləq qalib gəl. Və sənə baxacağıq. Özünə diqqət et”.

42 yaşlı İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlayıb.

O, 1999-cu ildə başlayan peşəkar karyerası ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los Anceles Qalaksi” və “Milan”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti