Azərbaycan boksçusu Xorvatiyada Avropa çempionu oldu

15 Aprel 2024 00:10 Boks 961
Azərbaycan boksçusu Xorvatiyada Avropa çempionu oldu

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.

Sportinfo.az xəbər verir ki, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.

O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb.

Hər üç raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti