İki azərbaycanlı Avropa çempionatında yarımfinala yüksəldi

12 Aprel 2024 00:10 Boks 1 093
İki azərbaycanlı Avropa çempionatında yarımfinala yüksəldi

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Sportinfo.az” xəbər verir ki, Azərbaycan millisinin 2 idmançısı döyüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib.

Bildirilib ki, 48 kq-da Bilalhəbaşi Nəzərov irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb.

O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.

Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb.

Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan boksçumuz 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu sınağa çəkəcək.

Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?