Azərbaycan yığmasının üzvünün qaşını partlatdılar - FOTO

13 Mart 2024 09:20 Boks 7 538
Azərbaycan yığmasının üzvünün qaşını partlatdılar - FOTO

Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 final mərhələsində məğlub olaraq Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı idmançı bununla bağlı sosial şəbəkə vasitəsilə paylaşım edib.

Zədə almış qaşının şəklini paylaşan Əliyev uğursuz nəticəni məhz bununla əlaqələndirib:

“İlk döyüşdə qaşımdan ağır zədə aldım və 4 görüşümü belə keçirməli oldum. Hər döyüşdə zədə daha da böyüyürdü.

Çətin də olsa, bunun öhdəsindən gələ bildim və bir-birindən yaxşı qələbələr qazandım”.

Sərxan Əliyev 1/4 finalda Qazaxıstan təmsilçisi Aslanbek Şimberqenova məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu