COP29

Nicat amerikanlını uddu, Paris-2024-ə lisenziya qazandı

12 Mart 03:10 Boks 430
Nicat amerikanlını uddu, Paris-2024-ə lisenziya qazandı

Azərbaycan boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Sportinfo.az xəbər verir ki, 51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz bu uğura İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirinin 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Dipak Dipak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb.

Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi