COP29

Azərbaycanlı Nicat ermənini ikinci dəfə yumruğunun altına saldı

11 Mart 02:40 Boks 407
Azərbaycanlı Nicat ermənini ikinci dəfə yumruğunun altına saldı

Azərbaycan boksçusu Nicat Hüseynov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 51 kiloqram çəkidə mübarizə aparan ikiqat Avropa çempionumuz ermənistanlı Rudolf Qarboyanla döyüşüb.

1/8 final mərhələsi çərçivəsində baş tutan qarşılaşma boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən N.Hüseynov yekunda 5:0 (30:26, 29:27, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib.

İdmançımızı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyadan cəmi 1 addım ayırır. Ona Fransa paytaxtına vəsiqə üçün martın 11-də keçiriləcək 1/4 final döyüşündə qələbə kifayət edəcək.

Nicat Hüseynov Qarboyanı ardıcıl ikinci dəfə məğlub edib. O, ötən ilin noyabrında U-22-lərin Avropa çempionatının finalında da erməni boksçuya qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!