Əliyevin kateqoriyası artırıldı - 1 ulduzdan 2 ulduza

21 Fevral 2024 03:50 Boks 1 234
Əliyevin kateqoriyası artırıldı - 1 ulduzdan 2 ulduza

Boks üzrə referi Qalib Əbiyev növbəti hakimlik imtahanından uğurla keçib.

Sportinfo.az xəbər verir ki, ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza artırılıb.

O, bu nailiyyətə fevralın 12-18-si aralığında Rumıniyanın Ploişti şəhərində keçirilən yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirində imza atıb.

IBA yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Ondan öncə Rövşən Qədirov, Anar Nağdıyev və Elxan Quliyevin beynəlxalq kateqoriyası da 2 ulduza qaldırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?