Ermənilər haqsızlıq etdi, məşqçi özündən çıxdı - QALMAQALLI VİDEO

3 Dekabr 2023 15:40 Boks 609
Ermənilər haqsızlıq etdi, məşqçi özündən çıxdı - QALMAQALLI VİDEO

İrəvanda 16 yaşadək oğlanlar arasında boks üzrə dünya çempionatı keçirilir.

Sportinfo.az xəbər verir ki, 75 kq çəki dərəcəsində 1/4 finalda erməni Albert Arutyunyan və qazaxıstanlı İqor Solovyov üz-üzə gəlib.

Xallar bərabər olduğundan hakimlərin qərarı ilə təşkilatçı ölkənin idmançısı qalib elan edilib.

Qazaxıstan millisinin məşqçisi hakimlərin haqsız qərarından narazılıq edib. O, qalibin ədalətli formada seçilmədiyini bildirib.

Məşqçi sonda Arutyunyanın əlini sıxmaqdan imtina etməklə onun qələbəsinə kəskin şəkildə etiraz etdiyini nümayiş etdirib.

Erməni boksçu isə rinqin kənarına zərbə vurmaqla idmançı mədəniyyətini nümayiş etdirib.

Digər Xəbərlər
Xəbər Lenti