Azərbaycan və Türkiyə boksçularının görüşündə duyğulu anlar yaşandı - VİDEO

23 İyul 2023 07:50 Boks 690
Azərbaycan və Türkiyə boksçularının görüşündə duyğulu anlar yaşandı - VİDEO

Rumıniyada boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında maraqlı anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, bu, Azərbaycan və Türkiyə boksçularının görüşündə qeydə alınıb.

Belə ki, təmsilçimiz Sübhan Babayev türkiyəli rəqibi ilə görüşdə onu məğlub edib.

Görüş başa çatdıqdan sonra isə Azərbaycan təmsilçisi türkiyəli rəqibinin formasındakı bayrağı öpüb. Türkiyəli rəqibi də ona eyni qarşılığı verib.

Bu hadisə zalda çoşqu ilə qarşılanıb. Həmin anın görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi