Avropa birinciliyində çıxış edəcək Azərbaycan boksçuları - Qız və oğlanlar

20 İyul 2023 00:00 Boks 599
Avropa birinciliyində çıxış edəcək Azərbaycan boksçuları - Qız və oğlanlar

İyulun 22-də Rumıniyanın Ployeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi start götürəcək.

Sportinfo.az xəbər verir ki, 9 gün davam edəcək yarışa milli komandalar da qatılacaq.

Oğlanların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq), Eldar Abdullazadə (52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə (57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı (63 kq), Abbasqulu Şadlinski (66 kq), Əli Məmişov (70 kq), Mircəlal Mirağayev (75 kq), Hüseyn Hüseynli (80 kq) və İlkin Məmmədli (+80 kq) qüvvəsini sınayacaq.

Qız boksçulardan ibarət komandanı isə qitə birinciliyində rinqə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılov çıxaracaq.

Onlar yarışda Banuçiçək Nəsirli (46 kq), Cəmilə Sultanlı (48 kq), İnci Məcidli (50 kq), Mələk Hümbətova (57 kq), Özləm Həsənova (63 kq) və İlkanə Əhmədovaya (+80 kq) şans verəcəklər.

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də yer alacaq.

Rumıniyaya bu gün yollanan boksçular iyulun 31-də Bakıya qayıdacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti