Dünya çempionatında azərbaycanlıya qarşı ədalətsizlik - VİDEO

14 May 2023 09:25 Boks 2 611
Dünya çempionatında azərbaycanlıya qarşı ədalətsizlik - VİDEO

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında hakim ədalətsizliyi ilə üzləşib.

+92 kq çəkidə çıxış edən yığma üzvü bu hala mundialın 1/2 finalında kubalı Fernando Lopes Arzola ilə döyüşdə məruz qalıb.

Sportinfo.az xəbər verir ki, dünya çempionatının bürünc mükafatçısının inamlı və əzmkar müqavimət göstərməsinə, həmçinin rəqibi III raundda nokdauna salmasına baxmayaraq, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər.

Boksçumuza üstünlüyü yalnız avstriyalı hakim verib - 29:28.

Ondan fərqli, Tailand, Tunis, İtaliya və Qvatemaladan olan referilər isə eyni hesabı rəqibin xeyrinə göstəriblər. Nəticədə Abdullayevin finala gedən yolunu kəsiblər.

Yarımfinalda hakim ədalətsizliyi səbəbindən uduzdurulan Məhəmməd dünya çempionatını bürünc mükafatla başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti