Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnir təşkil olundu - FOTOLAR

7 May 2023 20:20 Boks 455
Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnir təşkil olundu - FOTOLAR

Almaniyanin Maqdeburq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev: 100” adlı beynəlxalq boks turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) və Diaspor Boks Liqasının (DBL) təşkilatçılığı ilə baş tutan turnir Almaniya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və yerli icra hakimiyyətinin başçısı Frank Nase turniri açıq elan ediblər.

Sonra rinqə Almaniya, Türkiyə, Gürcüstan, Bolqarıstan, Monteneqro, Finlandiya və Polşanı təmsil edən boksçular çıxıblar.

Komitə sədri gərgin mübarizə şəraitində keçən döyüşdə Nikoloz Berkataşviliyə qalib gələn soydaşımız Rəşad Kərimova kuboku təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradılmış Diaspor Boks Liqasının və Heydər Əliyev adına Dünya Boks Komitəsinin əsas məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları birləşdirmək, idman yarışlarında Azərbaycan Respublikasının üçrəngli bayrağının yüksəklərə qaldırılmasına, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"