Azərbaycan millisinin hər bir üzvü 200 min dollar qazana bilər!

26 Aprel 2023 08:30 Boks 886
Azərbaycan millisinin hər bir üzvü 200 min dollar qazana bilər!

Aprelin 30-dan mayın 14-dək Özbəkistanın paytaxtı Daşkənddə kişilər arasında keçiriləcək boks üzrə dünya çempionatının mükafat fondu açıqlanıb.

Sportinfo.az xəbər verir ki, medalçılar üçün ümumilikdə 5,2 milyon dollar məbləğ ayrılıb.

Bildirilib ki, mundialda çıxış edəcək boksçular arasında yeddi dünya çempionu da olacaq. Onlardan biri isə Azərbaycan millisinin üzvü Alfonso Domingesdir.

Dünya çempionatının qaliblərinin hər birinə 200 000 dollar veriləcək. İkinci yeri tutanlar 100 000, bürünc medal qazananlar isə 50 000 dollarlıq gəlir əldə edəcəklər. Boksçular ümumilikdə 13 çəki dərəcəsində mübarizə aparacaqlar.

Alfonso Dominges 2021-ci ildə Serbiyanın paytaxtı Belqradda dünya çempionu olub. 28 yaşlı boksçu Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!