COP29

Dünya çempionu acığa düşdü, Ermənistan üçün döyüşməkdən imtina etdi

31 Mart 2023 02:20 Boks 687
Dünya çempionu acığa düşdü, Ermənistan üçün döyüşməkdən imtina etdi

Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə gənclər arasında 2022-ci il dünya çempionatının qalibi olmuş idmançı mətbuat konfransında açıqlama verib.

O bildirib ki, dövlət orqanlarının biganəliyi səbəbindən bu addımı atıb:

"Dünya və Avropa çempionatlarında qazandığım qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər".

İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.

Boksçu, həmçinin, ötən ilin sonunda qələbələrə görə ona birdəfəlik 4,6 milyon dram ödədiyini açıqlayan idman nazirliyinin nümayəndələrini yalan danışmaqda ittiham edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"