Azərbaycan yığması Dünya Kubokunu necə başa vurdu?

20 Mart 12:00 Boks 158
Azərbaycan yığması Dünya Kubokunu necə başa vurdu?

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub.

Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.

Digər Xəbərlər
Xəbər Lenti