Azərbaycanlı Zidan irlandiyalını yumruğunun altına saldı

9 Aprel 2024 03:10 Boks 826
Azərbaycanlı Zidan irlandiyalını yumruğunun altına saldı

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.

Sportinfo.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.

Zidan Hümbətov Cemi Kollinsdən (İrlandiya) güclü olub. 51 kq çəkidə mübarizə aparan yığma üzvü ilk 2 raundda qələbə qazanıb. Üçüncü raundda isə hakim rəqibini diskvalifikasiya edib və Hümbətov 1/4 finala yüksəlib.

Zidan növbəti qarşılaşmasını aprelin 11-də Safari Mohammad Rizaya (İngiltərə) qarşı keçirəcək.

Abbasqulu Şadlinski (67 kq) isə 1/8 finalda Arturs Vayslaya (Latviya) uduzub.

Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu