Ermənini İrəvanda yumruqlayan azərbaycanlının təəssüratları - VİDEO

10 İyun 2022 03:00 Boks 992
Ermənini İrəvanda yumruqlayan azərbaycanlının təəssüratları - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycanlı boksçu erməni rəqibini elə Ermənistanın paytaxtında məğlub edib.

Belə ki, İrəvanda keçirilən boks üzrə Avropa çempionatında Gürcüstanı təmsil edən, Poniçala (Soğanlıq) qəsəbəsindən olan soydaşımız Sahil Allahverdiyev ilk qarşılaşmasında erməni rəqibi Bareqham Harutyunyan üzərində qələbə qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan gənc boksçu digər iki rəqibini də məğlub edərək Gürcüstana çempionatda ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, soydaşımız final qarşılaşmasında Bolqarıstandan olan rəqibini məğlubiyyətə uğradaraq Avropa çempionu olub. Baku TV-nin Gürcüstan bürosunun əməkdaşı Sahil Allahverdiyevin yaşadığı evdə onunla həmsöhbət olub.

Sahil Allahverdiyev erməni boksçunu hər üç raundda 5:0 hesabı ilə üstələdiyini deyib.

Ermənistanda qazandığı qələbənin onun üçün xüsusi önəm daşıdığını deyən Sahil Allahverdiyev bununla ermənilərə azərbaycanlıların Ermənistanda da qalib olduqlarını göstərdiyini bildirib.

Ətraflı süjeti təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"