Deputat Avropada uğur qazanan qardaşları mükafatlandırdı - FOTOLAR

30 Aprel 2022 03:50 Boks 804
Deputat Avropada uğur qazanan qardaşları mükafatlandırdı - FOTOLAR

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Laçından olan deputat Mahir Abbaszadə boks üzrə gənclər arasında Avropa çempionatının mükafatçıları Kənan və Kamil Babayev qardaşları ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, bu il Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş yarışda Kənan Babayev qızıl, ötən il Monteneqronun Budva şəhərində təşkil olunmuş birincilikdə isə Kamil Babayev bürünc medal qazanıb.

Görüşdə Prezident İlham Əliyevin gənc nəslin sağlam böyüməsinə, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması üçün şərait yaradılmasına böyük diqqət və qayğı göstərdiyi bildirilib.

Qeyd edilib ki, bunun nəticəsində ölkədə idmanın bütün sahələri üzrə dinamik inkişaf müşahidə edilir. Regional və beynəlxalq idman yarışlarında idmançıların Vətənə qələbə ilə qayıtmaları, Azərbaycan bayrağının zirvədə dalğalanması hər kəsə qürur verir.

Diqqətə çatdırılıb ki, idman uşaqların və yeniyetmələrin mənəvi-əxlaqi və fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Avropa çempionatındakı uğurlarına görə laçınlı idmançılara Mahir Abbaszadənin təşəkkür plaketi və qiymətli hədiyyələr təqdim olunub.

Görüşdə idmançıların valideyni Beyrək Babayev və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elbrus Rzayev də iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti