Azərbaycanlı istedadı təriflədilər: “Polşalı onun cəldliyi ilə bacarmadı”

25 Aprel 2022 17:00 Boks 628
Azərbaycanlı istedadı təriflədilər: “Polşalı onun cəldliyi ilə bacarmadı”

Avropa Boks Konfederasiyası (EUBC) gənclər arasında Avropa birinciliyində fərqlənən boksçularla bağlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, EUBC-nin rəsmi saytında dərc olunan materialda qitə çempionu titulunu qazanan Azərbaycan boksçusu Kənan Babayevin uğuruna da yer ayrılıb.

Qurum nümayəndələri yığmamızın aşağı çəkilərdəki təmsilçilərinin dünya səviyyəli idmançılar olduğunu, həmçinin solaxay boksçunun rinqdəki cəldliyini xüsusi vurğulayıb:

“Azərbaycan yığması Avropa çempionatına ən aşağı çəki dərəcələrindəki dünya səviyyəli boksçularla qatılıb.

Onlardan biri oğlanların ən yüngül – 48 kq çəki dərəcəsində çıxış edən Kənan Babayev yarımfinalda irlandiyalı virtuoz Tedi Coysu mübarizədən kənarlaşdırıb.

O, öz final görüşünə də yaxşı hazırlaşıb. Azərbaycanlı solaxay finalda polşalı Nikolas Pavliklə qarşılaşıb.

Polşalı əvvəlki mərhələlərdə gənclərin Braşov turnirinin qalibi macarıstanlı. Çaba Jiqo və ispaniyalı Asyer Himenesi məğlub edib.

Pavlik ayaqları ilə möhtəşəm işləsə də, finalın ilk raundunda Babayevin cəldliyi ilə bacarmayıb. Azərbaycanlı boksçu polşalı rəqibindən daha fəal olub və çempionatın ilk titulunu qazanıb”.

Millimiz Bolqarıstanın paytaxtı Sofiyada bir qızıl və bir bürünc medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti