Azərbaycanlı Avropa çempionu oldu - Bolqarıstanıda

22 Aprel 2022 00:20 Boks 1 074
Azərbaycanlı Avropa çempionu oldu - Bolqarıstanıda

Azərbaycan boksçusu Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çempion olub.

Sportinfo.az xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançı finalda polşalı Nikolas Marsel Pavliklə üz-üzə gəlib.

Babayev rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib.

Boksçu əvvəlki raundlarda türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edib.

Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti