Azərbaycanın daha iki boksçusu qələbə qazandı - Avropa çempionatında

17 Aprel 2022 00:10 Boks 518
Azərbaycanın daha iki boksçusu qələbə qazandı - Avropa çempionatında

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənc boksçular arasında Avropa birinciliyində Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən Amin Məmmədzadə 1/8 final mərhələsində irlandiyalı Patrik Makkenna ilə üz-üzə gəlib.

Görüş Məmmədzadə üçün üçün uğurlu alınıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Boksçu 1/4 finalda ermənistanlı Aren Aslamazyanla döyüşəcək. Görüş aprelin 19-da olacaq.

80 kq-dakı Sərxan Budaqov ukraynalı Vladislav Dudarla qarşılaşıb. Gərgin keçən döyüşdə Azərbaycan təmsilçisi rəqibini məğlub edib.

Qələbə sayəsində 1/4 finala vəsiqə qazanan Budaqov aprelin 19-da türkiyəli Muhammed Doğru ilə döyüşəcək.

Komandanın heyətində Daniel Xolostenko (71 kq) 1/8 finalda Levent Qemeslə (Macarıstan), Kənan Babayev (48 kq) 1/4 finalda Oruc Əhmədovla (Gürcüstan), Fətəli İsmayılov (86 kq) isə Oğuzxan Türklə (Türkiyə) üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti