Nazirin qəbul otağı - AÇ-da uğurlu çıxış edənlər üçün

2 Aprel 2022 03:00 Boks 487
Nazirin qəbul otağı - AÇ-da uğurlu çıxış edənlər üçün

Gənclər və idman naziri Fərid Qayıbov boksçuları qəbul edib.

Sportinfo.az xəbər verir ki, Qayıbov martın 30-da Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış edən idmançılarla görüş keçirib.

Azərbaycan komandası Avropa çempionatında oğlanlar arasında ümumi hesabda 1 qızıl, 1 gümüş, 2 bürünc medalla 39 ölkə arasında 4-cü yeri tutub.

Nicat Hüseynov (51 kq) Avropa çempionu olub. Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) isə bürünc medal qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti