"Bəzi səbəblərdən çempion ola bilmədim" - Qurbanov söylədi

27 Mart 2022 02:20 Boks 486
"Bəzi səbəblərdən çempion ola bilmədim" - Qurbanov söylədi

“Avropa çempionatında komandamızın heyətində ilk olaraq rinqə mən çıxdım.

1/16 finalda finlandiyalı rəqibimə 5:0 hesabı ilə qalib gəldim”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında bürünc medal qazanan Cəlal Qurbanov (63,5 kq) deyib.

Azərbaycan millisi Avropa çempionatını 4 medalla başa vurub. Gənc idmançı qitə birinciliyində qazandığı mükafatın gələcək karyerasında böyük əhəmiyyət kəsb edəcəyini bildirib:

“1/8 finalda sloveniyalı boksçuya da 5:0 hesabı ilə qalib gəldim. Ardınca ukraynalı rəqibi də mübarizədən kənarlaşdırmaqla, yarımfinala yüksəldim və medalı təmin etdim.

Lakin bəzi səbəblərdən çempion ola bilmədim. Bu, hələ başlanğıcdır. U-22-lərin yarışında daha 2 ilim var. Həmin illərdə hədəfim yalnız qızıl medal olacaq.

Təcrübə baxımından isə bu yarışın mənə faydası böyük oldu. 4 görüş keçirdim. İnanıram ki, növbəti yarışlarda daha yüksək əyarlı mükafatlar qazanacam.

İlk medalımdır və bu mənə böyük motivasiya verdi. Bu uğurun ardı dayanmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti