Azərbaycan millisində baş məşqçi təyinatı - Gənclərdən ibarət

3 Mart 2022 14:20 Boks 591
Azərbaycan millisində baş məşqçi təyinatı - Gənclərdən ibarət

Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.

Bunadək qadınlardan ibarət yığmada baş məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq.

Onun ilk sınağı 10 - 22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti