Kəmaləddin Heydərovdan sonra burada nə yeniliklər gözlənilir? - PAKET HAZIRLANIR

10 Fevral 2022 11:40 Boks 457
Kəmaləddin Heydərovdan sonra burada nə yeniliklər gözlənilir? - PAKET HAZIRLANIR

Dünən Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni prezident seçilib. O, bu postda Kəmaləddin Heydərovu əvəzləyib.

ABF-nın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri seçilib.

M.Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı, Muxtar Respublika prokurorunun müavinidir. Vüsal Nəsirli isə əmək və əhalinin sosial müdafiəsi naziri, federasiyanın yeni prezidenti Sahil Babayevin müavinidir.

Bundan başqa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə boks üzrə Avropa çempionu Rövşən Hüseynov İdarə Heyətinə üzv seçiliblər.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ABF prezidenti, Milli Məclisin sabiq deputatı və qurumun daha əvvəlki prezidenti Ağacan Abiyev I vitse-prezident, Qaradağ rayonunun icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vitse-prezident vəzifəsində çalışıblar.

Federasiyaya bundan belə bir sıra şirkətlər və iş adamları da dəstək olacaq. Qurumun büdcəsi yenidən formalaşdırılacaq.

S.Babayev ABF-nın fəaliyyət planının hazırlanmasına dair göstəriş verib. Təkliflər paketi artıq gələn ay müzakirəyə çıxarılmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti