Azərbaycanlı ilk dəfə Gürcüstan yığmasına cəlb olundu

14 Yanvar 2022 02:50 Boks 668
Azərbaycanlı ilk dəfə Gürcüstan yığmasına cəlb olundu

Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub.

Sportinfo.az xəbər verir ki, Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib.

Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb.

O, qonşu ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır (report).

Digər Xəbərlər
Xəbər Lenti