Bu suala cavab verdi: "Rəqibdən öncə hakimləri udmaq lazımdır"

9 Noyabr 2021 11:20 Boks 821
Bu suala cavab verdi: "Rəqibdən öncə hakimləri udmaq lazımdır"

"Yarışa yaxşı hazırlaşmışdım".

Sportinfo.az xəbər verir ki, bu sözləri Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanmış Məhəmməd Abdullayev deyib.

Burada 3-cü yeri tutmuş (+92 kq) yığmamızın üzvü böyüklər arasında fəxri kürsüyə yüksəlməyin ona əlavə stimul verəcəyini bildirib:

"Gedişat püşkdən də asılı idi. Hər şey yaxşı gətirdi, döyüşlər normal gedirdi. Dünya çempionatı mənim üçün xeyirli oldu.

Düzdür, çəkimdə sparrinq üçün rəqibim yoxdur. Bu mənim daha yaxşı olmağım üçün mənfi cəhətdir. Yarışlarda iştirakla döyüş keçirirəm".

O, "Yarımfinalda qələbə üçün nə çatmadı" sualına belə cavab verib: "Fikrimcə, rəqibdən öncə hakimləri udmaq lazımdır.

Amma bu bürünc medal mənə əlavə stimul oldu. Qarşıda Olimpiada da var. Medal reytinq baxımından da mənə faydalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi