“Biz dostuq, amma mən Azərbaycanı təmsil ediəm, o isə...”

9 Noyabr 2021 00:50 Boks 590
“Biz dostuq, amma mən Azərbaycanı təmsil ediəm, o isə...”

"Yarışla bağlı təəssüratlarım əladır. Bir az yorğunluq var, çünki döyüşlərimin sayı çox oldu.

Amma buna baxmayaraq, inamlı çıxış sayəsində lazımi uğuru qazandım".

Sportinfo.az xəbər verir ki, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanmış Azərbaycan boksçusu Alfonso Dominges federasiyanın rəsmi saytına açıqlamasında deyib.

86 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı bildirib ki, bu qələbənin "Zəfər Günü" ərəfəsində olması çox sevindiricidir:

"Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Bu uğuru da şəhidlərimizə həsr edirəm".

O, yarımfinalda kubalı Ruis Kordoba ilə döyüşdən sonra rəqibinin əlini qaldırmasından da danışıb. Domingesin sözlərinə görə, həmyerlisi ilə münasibəti çox yaxşıdır:

“Biz rinqdən kənarda dostuq. Amma döyüşdə mən Azərbaycanı, o Kubanı təmsil edir. Bu səbəbdən də görüşdə mübarizə aparmalıyıq".

Dominges növbəti hədəflərini də açıqlayıb: "Tokio olimpiadasında qızıl medal qazana bilmədim, bürünc mükafat əldə etdim.

Bundan sonra artıq dünya çempionatının hazırlığına başladım. Öz üzərimdə işləyərək, çempion oldum. İnanıram ki, uğurun ardını gətirəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti